Əsas məzmuna keç

Bəzi avtobusların hərəkət sxemi dəyişdirildi

Bəzi avtobusların hərəkət sxemi dəyişdirildi

Bakının Mehdiabad qəsəbəsinin 28 May və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin...

en ru

Bakının qəsəbəsinin 28 May və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində aparılan ilə əlaqədar vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata əsasən, məhdudiyyət səbəbindən 147 və 179 nömrəli marşrutların hərəkət sxemləri dəyişdirilib.

Bildirilib ki, təmir işləri yekunlaşanadək 147 nömrəli müntəzəm marşrutun avtobusları metronun "Azadlıq" stansiyası istiqamətində Mehdiabad qəsəbəsinin mərkəzinə daxil olmadan Digah qəsəbəsinin Zəlimxan Yaqub və Mehdiabad qəsəbəsinin 28 May küçələri ilə hərəkət edəcək.

179 nömrəli müntəzəm marşurutun hərəkəti isə Mehdiabad qəsəbəsinin Fazil İsmayılov, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və 28 May küçələri ilə təşkil edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…