Əsas məzmuna keç

Prezidentin köməkçisi: Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir

Prezidentin köməkçisi: Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir

Ermənistan gerçəkliyə uyğun gəlməyən müəyyən tarixi şərhlərə əsaslanaraq deyil, özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri hüdudlarında mövcud...

en ru

gerçəkliyə uyğun gəlməyən müəyyən tarixi şərhlərə əsaslanaraq deyil, özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri hüdudlarında mövcud olmalıdır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Prezidentinin köməkçisi - Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri "Bakı Mədəniyyət və Media Dialoqu Platforması" çərçivəsində keçirilən "Sülhün dili və dezinformasiyaya qarşı mübarizə" mövzusunda xüsusi sessiyada deyib.

H.Hacıyev vurğulayıb ki, Bakı və İrəvan sülh gündəliyini razılaşdırıblar. Prezidentin köməkçisinin vurğulayıb ki, lakin Ermənistan tərəfdən səslənən son narrativlər iki tərəfin fərqlənə biləcəyini nümayiş etdirib.

"Biz hələ də cəmiyyətində revanşizm təzahürlərindən narahatıq. Eyni zamanda görürük ki, Ermənistanın hazırkı rəhbərliyi "Real Ermənistan" konsepsiyasını təşviq edir. Biz bunu nəzərə alırıq və hesab edirik ki, Ermənistan həqiqətə uyğun gəlməyən müəyyən tarixi şərhlərə əsaslanaraq yox, özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mövcud olmalıdır", - o bildirib.

H.Hacıyevin sözlərinə görə, Azərbaycan erməni cəmiyyətində Azərbaycan xalqından üzr istəyəcək insanların tapılacağını gözləyir:

"Sülhə dair ilkin razılaşmalar artıq əldə edilib. Lakin mən əminəm ki, hər bir azərbaycanlı, xüsusən də öz torpağından qovulmuş, 30 il qaçqın və ya məcburi köçkün kimi yaşamış, etnik təmizləməyə məruz qalmış şəxs Ermənistan tərəfindən üzr gözləyir. Şübhəsiz ki, bu, Ermənistan və Azərbaycan arasında etimadın möhkəmləndirilməsi və sülh quruculuğu üzrə geniş prosesin bir hissəsi olmalıdır".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…