Əsas məzmuna keç

UNOCT-un Azərbaycanda təmsilçiliyinin genişləndirilməsi planları müzakirə olunub

UNOCT-un Azərbaycanda təmsilçiliyinin genişləndirilməsi planları müzakirə olunub

Xarici İşlər Nazirliyində BMT-nin Terrorla Mübarizə İdarəsinin rəsmisi Vladimir Voronkovla keçirilən görüşdə regional təhlükəsizlik məsələləri dəyərləndirilib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

naziri BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi üzrə Baş katibin müavini vəzifəsini icra edən Aleksandr Zuyev ilə görüşüb.

“Operativ Məlumat Mərkəzi-OMM” Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı ilə BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi (UNOCT) arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Görüşdə, həmçinin 27–29 oktyabr tarixlərində Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti qeyd olunub. Forumun müasir dövrün qlobal çağırışlarının müzakirəsi, mədəniyyətlər və dinlər arasında qarşılıqlı anlaşmanın təşviqi, eləcə də və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətli beynəlxalq platforma olduğu vurğulanıb.

Qeyd edilib ki, bununla yanaşı, Azərbaycanda keçirilən Təhlükəsizlik Forumunun beynəlxalq terrorçuluqla mübarizə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, təhlükəsizlik sahəsində etimadın möhkəmləndirilməsi, təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.

BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin ölkədə təmsilçiliyinin genişləndirilməsi planları ətrafında da fikir mübadiləsi aparılıb. Bunun Azərbaycan ilə UNOCT arasında əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsinə, terrorçuluqla mübarizə sahəsində beynəlxalq təşəbbüslərin dəstəklənməsinə töhfə verə biləcəyi vurğulanıb.

Azərbaycanın beynəlxalq terrorçuluğa qarşı mübarizəyə verdiyi töhfələr, bu sahədə BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığın inkişaf etdirilməsinə verdiyi önəm diqqətə çatdırılıb.

Aleksandr Zuyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin fəaliyyəti, terrorçuluğa qarşı qlobal səylərin əlaqələndirilməsi və üzv dövlətlərlə əməkdaşlığın əsas istiqamətləri barədə məlumat verib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…