Əsas məzmuna keç

Ceyhun Bayramov BMT rəsmisi Əminə Məhəmməd ilə görüşüb

Ceyhun Bayramov BMT rəsmisi Əminə Məhəmməd ilə görüşüb

XİN rəhbəri və BMT rəsmisi Bakıda iqlim gündəliyi, enerji təhlükəsizliyi və azad edilən ərazilərdəki bərpa işlərini müzakirə ediblər. Mühüm detallar məqalədə.

en ru

naziri Azərbaycanda səfərdə olan BMT Baş katibinin müavini Əminə Məhəmmədin rəhbərlik etdiyi ilə görüşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərabaycanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Görüş zamanı ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər çoxtərəfli əməkdaşlıq, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası, iqlim fəaliyyəti, eləcə də postmünaqişə dövründə bərpa və yenidənqurma istiqamətində həyata keçirilən təşəbbüslər ətrafında fikir mübadiləsi aparıblar.

C. Bayramov Azərbaycanın beynəlxalq sülh, təhlükəsizlik və dayanıqlı inkişaf gündəliyinə verdiyi töhfələri qeyd edib, ölkəmizin regional əməkdaşlıq və bağlantı layihələrinin təşviqində oynadığı rolu vurğulayıb.

Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünün təmin olunması istiqamətində görülən tədbirlər barədə məlumat verilib.

Tərəflər həmçinin Azərbaycanın enerji təhlükəsizliyi və regional bağlantılar sahəsində aparıcı rolu, Mərkəzi Asiya ilə strateji əlaqələri barədə müzakirə aparıblar.

Ə. Azərbaycan ilə BMT arasında tərəfdaşlığın əhəmiyyətini vurğulayaraq dayanıqlı inkişaf, şəhərsalma, iqlim gündəliyi və humanitar məsələlər üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…