Cud Bellinqem oktyabr ayı üzrə “Real Madrid”in ən yaxşı oyunçusu seçilib. Bu barədə klubun mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.
23 yaşlı yarımmüdafiəçi ötən ay bütün turnirlərdə beş oyunda meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.
İngiltərəli futbolçu 2023-cü ilin yayından “Real Madrid”də çıxış edir. Həmin vaxtdan bəri o, komandanın heyətində bütün turnirlərdə 156 matç keçirib, 51 qol vurub və 37 məhsuldar ötürmə verib.
Bellinqemin klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 160 milyon avrodur.