“Real Madrid”in ingiltərəli yarımmüdafiəçisi Cud Bellinqem klubla yeni müqavilə imzalayıb. İspaniyanın Diario AS nəşrinin məlumatına görə, 23 yaşlı futbolçu ilə razılaşma 2031-ci ilin yayına qədər qüvvədə olacaq.
Nəşr bildirir ki, yeni müqavilədə Bellinqemin maliyyə şərtləri yaxşılaşdırılıb və maaşı artırılıb. Bu dəyişikliklərin onun komandaya təsirinə və Joze Mourinyonun taktiki planındakı əsas roluna uyğun olduğu qeyd olunur.
Bellinqem 2023-cü ilin yayında Dortmund “Borussiya”sından 103 milyon avroya “Real Madrid”ə keçib. Madrid klubunda çıxış etdiyi müddətdə o, Çempionlar Liqasının qalibi, İspaniya çempionu və UEFA Superkubokunun sahibi olub.