Əsas məzmuna keç

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Quru Qoşunlarının N hərbi...

en ru

Cari ilin planına əsasən, və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Quru Qoşunlarının N hərbi hissəsində bir qrup hərbi vəzifəlinin cəlb olunması ilə növbəti təlim toplanışı keçirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə məlumat yayıb.

Bildirilib ki, səfərbərlik tədbirlərinin yerinə yetirilməsi ardıcıllığına uyğun olaraq təlimə cəlb olunanlar hərbi ixtisası üzrə bölüşdürülüb, bütün növ təminatlarla təmin edilib.

çərçivəsində günün nizam qaydalarına uyğun fəaliyyətlər icra olunub, o cümlədən onlarla maarifləndirici söhbətlər aparılıb, hərbi nizamnamələrin, hərbi qanunvericiliyin tələbləri və təhlükəsizlik qaydaları çatdırılıb.

İştirakçılarla sıra, nizamnamə, ictimai-siyasi və ixtisas hazırlıqları üzrə məşğələlər keçirilib, həmçinin praktiki atış çalışması yerinə yetirilib.

Qeyd edək ki, toplanışın əsas məqsədi hərbi vəzifəlilərin praktiki vərdişlərinin təkmilləşdirilməsi, bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də onların yeni hərbi biliklər əldə etmələridir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…