Əsas məzmuna keç

Hərbi vəzifəlilər təlim toplanışında praktiki atış çalışmaları icra ediblər

Hərbi vəzifəlilər təlim toplanışında praktiki atış çalışmaları icra ediblər

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun...

en ru

Cari ilin hazırlıq planına əsasən, və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) N hərbi hissəsində bir qrup hərbi vəzifəlinin cəlb olunması ilə keçirilən növbəti təlim toplanışı başa çatıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfərbərlik tədbirlərinin yerinə yetirilməsi ardıcıllığına uyğun olaraq qəbul məntəqəsində hərbi qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra onların işgüzar və mənəvi-psixoloji keyfiyyətləri öyrənilib, hərbi uçot ixtisası üzrə bölüşdürülüb, bütün növ təminatlarla təmin ediliblər.

Şəxsi heyətlə məsuliyyətliliyin formalaşdırılması istiqamətində maarifləndirici söhbətlər aparılıb, onlara hərbi nizamnamələrin və müvafiq qanunvericiliyin tələbləri, eləcə də təhlükəsizlik qaydaları çatdırılıb.

çərçivəsində günün nizam qaydalarına uyğun fəaliyyətlər icra olunub, müasir döyüşün xüsusiyyətlərinə uyğun ümumqoşun və ixtisas hazırlıqları üzrə məşğələlər keçirilib, atıcı silahlardan və əl qumbaraatanlarından praktiki çalışmaları yerinə yetirilib.

Təlimin sonunda toplanış müddətində fərqlənənlər həvəsləndirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…