Əsas məzmuna keç

Azərbaycan yeniyetmələrin olimpiadasında 13-cü yeri tutdu

Azərbaycan yeniyetmələrin olimpiadasında 13-cü yeri tutdu
— Foto: idman.biz

Azərbaycan millisi Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarını üç qızıl və üç gümüş medalla başa vurdu. Bu, ölkənin son 12 ildəki ən yaxşı, oyunlar tarixində isə üçüncü ən yaxşı nəticəsidir.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Seneqalın paytaxtı Dakarda keçirilən IV Yeniyetmələrin Yay Olimpiya Oyunlarında altı medal qazanaraq ümumi sıralamada 13-cü yeri tutub. Ölkəmiz 2018-ci ildəki nəticəsindən 22 pillə irəliləyib. Medal sayı əvvəlki oyunlarla eyni olsa da, qızıl medalların sayı bir ədəd artıb.

Cüdoçu (55 kq), çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) çempion olublar. Güləşçi Nihad Süleymanlı (80 kq), taekvondoçu Adil Kazımlı (73 kq) və boksçu Gülər Hüseynova (51 kq) gümüş medal qazanıblar.

2010-cu ildə Sinqapurda beş qızıl və üç gümüş medalla 11-ci, 2014-cü ildə Nankində beş qızıl, altı gümüş və bir bürünc medalla 10-cu olub. 2018-ci ildə Buenos-Ayresdə iki qızıl, bir gümüş və üç bürünc medalla 35-ci pillədə qərarlaşıb. Dörd oyun üzrə ölkənin ümumi göstəricisi 15 qızıl, 13 gümüş və dörd bürünc medaldır.

Oyunların tarixində Çin və Rusiya dörd dəfə ilk üçlükdə yer alıblar. Çin 2010, 2014 və 2026-cı illərdə, Rusiya isə 2018-ci ildə medal sıralamasına başçılıq edib. Yaponiya iki, Cənubi Koreya və ABŞ isə bir dəfə ilk üçlükdə qərarlaşıb.

Dakar-2026-nın ilk 20-lik sıralaması:

  1. Çin — 18 qızıl, 8 gümüş, 7 bürünc (33 medal).
  2. Yaponiya — 11 qızıl, 8 gümüş, 9 bürünc (28).
  3. Rusiya — 8 qızıl, 4 gümüş, 2 bürünc (14).
  4. Misir — 6 qızıl, 1 gümüş, 5 bürünc (12).
  5. Efiopiya — 5 qızıl, 3 gümüş (8).
  6. Seneqal — 5 qızıl, 7 bürünc (12).
  7. Fransa — 4 qızıl, 5 gümüş, 4 bürünc (13).
  8. Keniya — 4 qızıl, 2 gümüş (6).
  9. CAR — 3 qızıl, 5 gümüş, 3 bürünc (11).
  10. Xorvatiya — 3 qızıl, 4 gümüş (7).
  11. — 3 qızıl, 3 gümüş, 3 bürünc (9).
  12. Braziliya — 3 qızıl, 3 gümüş, 1 bürünc (7).
  13. Azərbaycan — 3 qızıl, 3 gümüş (6).
  14. Almaniya — 3 qızıl, 2 gümüş, 3 bürünc (8).
  15. — 3 qızıl, 1 gümüş, 5 bürünc (9).
  16. İordaniya — 3 qızıl, 1 gümüş (4).
  17. Nigeriya — 3 qızıl (3).
  18. İspaniya — 2 qızıl, 5 gümüş, 5 bürünc (12).
  19. Çin Taypeyi — 2 qızıl, 4 gümüş, 3 bürünc (9).
  20. Özbəkistan — 2 qızıl, 4 gümüş, 2 bürünc (8).

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…