Əsas məzmuna keç

İbrahim Talıbov Dakar-2026-dan Azərbaycana qayıdıb

İbrahim Talıbov Dakar-2026-dan Azərbaycana qayıdıb
— Foto: idman.biz

Yeniyetmələrin Yay Olimpiya Oyunlarında Azərbaycanın ilk qızıl medalını qazanan cüdoçu İbrahim Talıbov Bakıya dönüb. Onu və məşqçisi Emin İsgəndərovu Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılayıblar.

en ru

Dakarda keçirilən Yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandıran cüdoçu İbrahim Talıbov Vətənə qayıdıb.

İdmançını və məşqçisi Emin İsgəndərovu Beynəlxalq Aeroportunda idman ictimaiyyətinin nümayəndələri, federasiya rəsmiləri, media təmsilçiləri və yaxınları qarşılayıblar.

55 kiloqram çəki dərəcəsində çıxış edən Talıbov finalda xorvatiyalı Zvorc Jonaya qalib gələrək komandasına “Dakar-2026”nın ilk qızıl medalını qazandırıb. O, mübarizəyə 1/4 finaldan başlayıb və ilk iki görüşdə Mərkəzi Afrika Respublikasından olan İbrahim Mussanı, eləcə də Səudiyyə Ərəbistanı təmsilçisi Muratz Hebahı məğlub edib.

Noyabrın 13-dək davam edəcək “Dakar-2026”da Azərbaycan komandası 8 idman növündə 13 idmançı ilə təmsil olunur.

Kontekst

Noyabrın 2-də İbrahim Talıbov 55 kiloqram çəki dərəcəsində qızıl medal qazanaraq Azərbaycanın “Dakar-2026”dakı ilk çempionu olub. Yarışdan sonra o, sevincini sözlə ifadə etməyin çətin olduğunu bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…