Əsas məzmuna keç

Ramin Məmmədov Şərurda məscidləri ziyarət edib - FOTO

Ramin Məmmədov Şərurda məscidləri ziyarət edib - FOTO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Naxçıvanda Şərur şəhər məscidini və Şərur rayonunun Xələc kənd məscidini ziyarət edib...

en ru

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Naxçıvanda Şərur şəhər məscidini və Şərur rayonunun Xələc kənd məscidini ziyarət edib, eyni zamanda Şərur rayon dini icmasında yaradılan şəraitlə tanış olub.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Komitədən məlumat verilib.

Qeyd edilib ki, Dövlət Komitəsinin sədri İlham Əliyevin rəhbərliyi ilə ölkədə dövlət-din münasibətlərinin tənzimlənməsi, xalqın əsrlər boyu təşəkkül tapmış sərvətlərinin qorunması, dini ibadətgahların tikintisi, bərpası və mühafizəsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini söyləyib. O bildirib ki, dövlət başçısının dini sahəyə göstərdiyi diqqət və qayğı bu istiqamətdə reallaşdırılan çoxsaylı layihələrdə, dini icmaların fəaliyyətinə verilən dəstəkdə öz əksini tapır.

Vurğulanıb ki, bu siyasətin əsas məqsədlərindən biri Azərbaycanda tarixən formalaşmış tolerantlıq mühitinin yaşadılması, dini-mədəni irsin gələcək nəsillərə çatdırılması və ortaq mənəvi dəyərlər ətrafında həmrəyliyin daha da möhkəmləndirilməsidir.

R.Məmmədov dini ibadətgahların vətəndaşların mənəvi həyatında mühüm yer tutduğunu vurğulayıb. Komitə sədri xadimləri ilə söhbətində dini maarifləndirmə işinin daha da gücləndirilməsinin, gənclərin milli-mənəvi dəyərlərə bağlı ruhda yetişdirilməsinin, eləcə də cəmiyyətdə sağlam dini mühitin qorunmasının vacibliyini diqqətə çatdırıb.

Din xadimləri xalqımızın tarixi-mədəni ənənələrinin mühafizəsi və təbliği, dini ibadətgahların fəaliyyətinin təmin olunması istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək, bu sahəyə göstərilən dövlət qayğısına və yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…