Ramin Ələmşah oğlu Məmmədov
Komitə sədri
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
Tərcümeyi-hal
Ramin Ələmşah oğlu Məmmədov 1979-cu il fevralın 17-də Ağdərə şəhərində anadan olub. 1985–1992-ci illərdə Şuşadakı 2 saylı orta məktəbdə oxuyub, orta təhsilini Bakıda başa vurub. Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirib, beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi alıb. 2013-cü ildə Harvard Universitetinin Kennedi adına Dövlət İdarəçiliyi Məktəbinin "Emerging Leaders" proqramını bitirib.
2001–2002-ci illərdə Mədəniyyət Nazirliyində mütəxəssis işləyib. 2002–2009-cu illərdə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində mütəxəssis, sədrin köməkçisi və şöbə müdiri, 2009–2016-cı illərdə Diasporla İş üzrə Dövlət Komitəsində sədrin köməkçisi və aparat rəhbərinin müavini vəzifələrində çalışıb. 2016-cı il mayın 12-də Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini təyin edilib.
2020-ci il fevralın 9-da Sabirabad rayonu üzrə Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib. 2023-cü ilin martında Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilib. 2024-cü il aprelin 8-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
Təhsil
- Bakı Dövlət Universiteti, beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsi (bakalavr)
- Beynəlxalq münasibətlər üzrə magistr
- 2013 — Harvard Universitetinin Kennedi adına Dövlət İdarəçiliyi Məktəbi, "Emerging Leaders" proqramı
Xəbərlərdə
-
Ramin Məmmədov Şərurda məscidləri ziyarət edib - FOTO 3 noyabr 2026
-
Ramin Məmmədov Rusiya ilə dini əməkdaşlığı müzakirə edib 16 sentyabr 2026
-
Ramin Məmmədov G20 Dinlərarası Forumda iştirak edəcək 19 avqust 2024
-
Ramin Məmmədov Komitə sədri təyin edilib 8 aprel 2024