Tərcümeyi-hal
Elçin İsağa oğlu Quliyev 1967-ci il sentyabrın 22-də Sumqayıt şəhərində anadan olub. 1988-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib.
1988–1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində müxtəlif zabit vəzifələrində xidmət edib. 1992-ci ildə Xudat ayrıca buraxılış məntəqəsinin rəisi, 1996–2001-ci illərdə Xudat sərhəd dəstəsinin komandiri olub. 2001-ci il martın 27-də milli təhlükəsizlik nazirinin müavini – Sərhəd Qoşunlarının komandanı təyin edilib.
2002-ci il iyulun 31-də Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı, 2017-ci il iyunun 5-də isə Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilib. 2001-ci il avqustun 15-də general-mayor, 2003-cü il mayın 17-də general-leytenant, 2014-cü il avqustun 15-də general-polkovnik hərbi rütbəsi verilib.
Xəbərlərdə
-
Elçin Quliyev müşavirə keçirdi - TAPŞIRIQLAR VERDİ - FOTO 29 oktyabr 2024
-
Elçin Quliyev yenidən federasiya prezidenti seçildi 25 yanvar 2024