Azər İsmayıl oğlu Mursaqulov
Komitə sədri
Dövlət Statistika Komitəsi
Tərcümeyi-hal
Azər İsmayıl oğlu Mursaqulov 1981-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Türkiyənin Boğaziçi Universitetinin işletmə (biznesin idarə edilməsi) fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2008-ci ildə ABŞ-ın Corciya Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2007–2010-cu illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən nazirin iqtisadi məsələlər üzrə müşaviri vəzifəsində çalışıb. 2010–2012-ci illərdə Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun icraçı direktorunun müşaviri olub. 2012–2019-cu illərdə Maliyyə Nazirliyi yanında Dövlət Borcunun İdarə Edilməsi Agentliyində şöbə müdiri və direktor müavini vəzifələrində işləyib.
2019-cu ildən 2026-cı il fevralın 10-dək Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru olub. 2020–2026-cı illərdə Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin üzvü olub.
2026-cı il fevralın 10-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri təyin edilib.