Əsas məzmuna keç
Vüsal Əfqan oğlu Hüseynov

Vüsal Əfqan oğlu Hüseynov

Xidmət rəisi

Dövlət Miqrasiya Xidməti

Mənbə: migration.gov.az · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

Vüsal Əfqan oğlu Hüseynov 1980-ci il yanvarın 12-də Bakı şəhərində anadan olub. 1986–1997-ci illərdə Bakının Binəqədi rayonundakı 276 saylı orta məktəbdə oxuyub. 1997–2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat fakültəsini bakalavr dərəcəsi ilə bitirib. 2001-ci ilin sentyabrından 2002-ci ilin iyununadək Bratislavadakı Academia Istropolitana Nova təhsil müəssisəsində ətraf mühitin iqtisadiyyatı üzrə intensiv kursda iştirak edib.

2003–2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər üzrə magistr dərəcəsi alıb. 2008–2012-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 2007-ci ildə Böyük Britaniyada "John Smith" liderlik proqramının iştirakçısı olub, 2009-cu ildə İstanbulda Mərkəzi Asiya Liderlik Akademiyasında və Almaniyanın Passau Universitetində idarəetmə və korrupsiyaya qarşı mübarizə üzrə təlimlərdə iştirak edib. 2010–2011-ci illərdə Harvard Universitetinin Kennedi adına Dövlət İdarəçiliyi Məktəbində inzibati idarəetmə üzrə magistr dərəcəsi alıb.

2002–2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçib. 2018-ci il aprelin 23-də Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilib. III dərəcəli dövlət miqrasiya xidməti müşaviri xüsusi rütbəsi daşıyır.

Səhv görürsünüz? Redaksiyaya yazın