Əsas məzmuna keç
Habil Sadıx oğlu Nağıyev

Habil Sadıx oğlu Nağıyev

Dövlət Miqrasiya Xidməti rəisinin müavini

Mənbə: migration.gov.az · yoxlanılıb 07.10.2026

Tərcümeyi-hal

1979-cu il iyulun 29-da Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub.

2000–2001-ci illərdə həqiqi hərbi xidmət keçib, 2002-ci ildə "İstilikenerjitikintiquraşdırma" ASC-də hüquqşünas kimi işə başlayıb. 2003–2015-ci illərdə Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmət keçib. 2016–2021-ci illərdə Dövlət Miqrasiya Xidməti Aparatının Miqrasiya nəzarəti baş idarəsində şöbə rəisi, baş idarə rəisinin müavini – Qanunsuz miqrasiya hallarının aradan qaldırılması idarəsinin rəisi və baş idarənin rəisi olub.

2021-ci il noyabrın 10-dan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin maliyyə və maddi-texniki təminat üzrə müavini – Maliyyə və maddi-texniki təminat baş idarəsinin rəisi, 2021–2025-ci illərdə həmin Xidmətin rəis müavini işləyib. Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2025-ci il tarixli 750 nömrəli Sərəncamı ilə Dövlət Miqrasiya Xidməti rəisinin müavini təyin edilib. 2021-ci ildə general-mayor ali hərbi rütbəsi verilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

2000-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin, 2007-ci ildə Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq fakültəsini bitirib.