Əsas məzmuna keç
Mürsəl Qorxmaz oğlu İbrahimov

Mürsəl Qorxmaz oğlu İbrahimov

Xidmət rəisi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

Mənbə: seferberlik.gov.az · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

Mürsəl Qorxmaz oğlu İbrahimov 1970-ci il sentyabrın 20-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1987-ci ildə orta məktəbi bitirib, 1992-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu mühəndis ixtisası üzrə bitirib. 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını hüquqşünas ixtisası üzrə bitirib.

1992-ci ilin avqustundan Daxili İşlər Nazirliyində xidmətə başlayıb və müxtəlif bölmələrdə çalışıb. 2006-cı ildən 2015-ci ilədək Milli Təhlükəsizlik Nazirliyində, sonra Dövlət Təhlükəsizliyi Xidmətində müfəttiş və kadr idarəetməsi istiqamətində vəzifələrdə xidmət edib. 2016–2023-cü illərdə "Kapital Bank"ın təhlükəsizlik departamentinə rəhbərlik edib.

2023-cü il aprelin 17-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib. 2025-ci ilin iyununda ona general-mayor rütbəsi verilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Xəbərlərdə