Əsas məzmuna keç
Fuad Hümbət oğlu Nağıyev

Fuad Hümbət oğlu Nağıyev

Agentlik sədri

Dövlət Turizm Agentliyi

Mənbə: tourism.gov.az · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

Fuad Hümbət oğlu Nağıyev 1975-ci il iyulun 22-də Bakı şəhərində anadan olub. 1992–1997-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1997–2000-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasını bitirib; hüquq elmləri namizədidir. 1998-ci ildə Birmingem Universitetində insan hüquqları hüququ üzrə təhsil alıb.

2004–2006-cı illərdə "Airport Gate Business Aviation" şirkətində xidmət və şöbə rəhbəri, sonra tikinti şirkətlərində direktor vəzifələrində çalışıb. 2010–2014-cü illərdə Mədəniyyət və Turizm Nazirliyində baş hüquq məsləhətçisi, 2014–2017-ci illərdə nazirin köməkçisi olub. 2017-ci ilin fevralında Turizmin Təşviqi üzrə Milli Büronun direktoru təyin edilib.

2018-ci il aprelin 23-də Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri təyin edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Xəbərlərdə