Mətin Balasən oğlu Eynullayev
Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
Tərcümeyi-hal
Mətin Balasən oğlu Eynullayev 22 mart 1975-ci ildə Bakı şəhərində anadan olub.
Özəl hüquq firmasında müşavir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas, İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunda baş məsləhətçi işləyib. Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində sektor müdiri, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrini tutub. 2013–2016-cı illərdə Təhsil Nazirliyində Aparat rəhbərinin müavini, daha sonra Aparat rəhbəri olub.
Prezidentin sərəncamları ilə 11 yanvar 2017-ci ildə təhsil nazirinin müavini, 17 yanvar 2018-ci ildə vergilər nazirinin müavini təyin edilib. 13 may 2020-ci ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti rəisinin müavini vəzifəsinə təyin olunub, rəis təyin edilənədək rəis vəzifəsinin icrası ona tapşırılıb. 19 avqust 2020-ci ildə Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri, 6 may 2021-ci ildə isə Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi təyin edilib.
2015-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Dövlət qulluğunun kiçik müşaviridir; 2018-ci ildə ona 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib. Ailəlidir, iki övladı var.
Təhsil
- 1992–1997 — Bakı Dövlət Universiteti, hüquq fakültəsi, hüquqşünaslıq (fərqlənmə diplomu)