Əsas məzmuna keç
Rüstəm Adıgözəl oğlu Şahbazov

Rüstəm Adıgözəl oğlu Şahbazov

Əmlak Məsələləri Dövlət Xidməti rəisinin müavini

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti

Mənbə: emlak.gov.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

Rüstəm Adıgözəl oğlu Şahbazov 29 iyun 1963-cü ildə anadan olub.

Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində, Dövlət Əmlakı Nazirliyində, İqtisadi İnkişaf Nazirliyində və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə işləyib.

Prezidentin sərəncamları ilə 14 fevral 2006-cı ildə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi sədrinin müavini, 10 iyul 2009-cu ildə Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini, 13 may 2020-ci ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti rəisinin müavini təyin edilib.

Ailəlidir, iki övladı var.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 1989 — N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialı, mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili (fərqlənmə diplomu)
  • 1992–1995 — Azərbaycan Dövlət İqtisad İnstitutu, aspirantura