Ramin Alik oğlu Rzayev
İdarə Heyətinin sədri
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi
Tərcümeyi-hal
Ramin Rzayev 1977-ci ildə anadan olub.
2003–2018-ci illərdə Prezidentin Xüsusi Tibb Xidmətinin tabeliyindəki “Mərkəzi Klinika” MMC-də Hüquq şöbəsinin müdiri və Təftiş departamentinin sədri vəzifələrində çalışıb. 2018-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür, vəkil kimi fəaliyyət göstərib. 2019–2021-ci illərdə “Azeract Consulting” MMC-nin direktoru olub.
2021-ci ilin iyulundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini, 2025-ci ilin aprelindən həmin agentliyin İdarə Heyətinin sədri olub. 2026-cı ildə bu agentliyin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hüquqi varisi olan Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri təyin olunub. Evlidir.
Təhsil
- 2000 — Ankara Universiteti (Türkiyə), Hüquq fakültəsi, bakalavr
- Başkənt Universiteti (Türkiyə), “Səhiyyə menecmenti”, magistr