Elnur Novruz oğlu Səfərli
İdarə Heyətinin sədri
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
Tərcümeyi-hal
Elnur Səfərli 1989-cu ildə Bakı şəhərində anadan olub.
2013–2016-cı illərdə Bakı Ali Neft Məktəbində metodist, 2016–2021-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində departament direktoru işləyib. 2022-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsində İnnovativ həllər sektorunun müdiri olub. 2022-ci ilin iyununda Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini təyin edilib.
2023-cü ildə Milli Observatoriyanın İdarə Heyətinin sədri təyin olunub.
Təhsil
- 2006–2010 — Azərbaycan Dövlət Neft Akademiyası, informasiya və hesablama texnikası
- 2010–2013 — Dokuz Eylül Universiteti (İzmir, Türkiyə), kompüter mühəndisliyi, magistr