Fərid Eldəniz oğlu Məmmədov
İdarə Heyətinin sədri
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi)
Tərcümeyi-hal
Fərid Məmmədov 1977-ci ildə Bakı şəhərində anadan olub.
Müxtəlif dövlət orqanlarında, o cümlədən mərkəzi icra hakimiyyəti orqanlarında, özəl sektorda və xarici şirkətlərdə ekspert və rəhbər vəzifələrdə çalışıb; bir sıra beynəlxalq layihələrin eksperti, layihə koordinatoru və meneceri olub.
13 dekabr 2018-ci ildə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, iki övladı var.
Təhsil
- 1997 — Azərbaycan Universiteti, Bank işinin təşkili, bakalavr (fərqlənmə diplomu)
- 1999 — Azərbaycan Universiteti, Beynəlxalq iqtisadi münasibətlər, magistr (fərqlənmə diplomu)
- 2012–2014 — Vyana İqtisadiyyat Universitetinin İdarəçilik Akademiyası (Avstriya), Layihələrin və proseslərin idarə edilməsi, peşəkar magistratura