Tərcümeyi-hal
Rəşad Hüseynov 12 sentyabr 1981-ci ildə Gəncə şəhərində anadan olub.
2016-cı ildən ADA və Xəzər universitetlərində “İdarəetmə iqtisadiyyatı”, “Mikroiqtisadiyyat”, “İnkişaf iqtisadiyyatı”, “İctimai iqtisadiyyat” və “Kənd təsərrüfatının iqtisadiyyatı və aqrar siyasət” fənlərini tədris edir. 2016-cı ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Layihələr departamentinin rəhbəri, 2020–2022-ci illərdə həmin Mərkəzin İqtisadi təhlil və analitik informasiya departamentinin rəhbəri, 2023–2024-cü illərdə icraçı direktorunun müavini işləyib. Asiya İnkişaf Bankı, Dünya Bankı, FAO, UNDP və GIZ-in layihələrində məsləhətçi olub.
2024-cü ilin iyulunda Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Tədqiqatlar Mərkəzinin direktoru təyin edilib. Mərkəzin Elmi Şurasının sədridir. Azərbaycan, alman, ingilis və rus dillərini bilir. Ailəlidir, üç övladı var.
Təhsil
- 1998–2002 — Azərbaycan Dövlət Aqrar Universiteti, İqtisadiyyat fakültəsi, bakalavr (fərqlənmə diplomu)
- 2004–2006 — Vayştefan Universiteti (Almaniya), biznesin idarə edilməsi (MBA), magistr
- 2007–2009 — Bonn Universiteti (Almaniya), qida və resursların iqtisadiyyatı, ikinci magistr
- 2010–2015 — Bonn Universitetinin İqtisadi və Aqrar Siyasət İnstitutu, doktorantura (fərqlənmə diplomu); iqtisad üzrə fəlsəfə doktoru (sənəd AAK tərəfindən nostrifikasiya edilib)
- Hazırda — Aqrar Tədqiqatlar Mərkəzi, 5312.01 “Sahə iqtisadiyyatı” ixtisası üzrə elmlər doktoru proqramı (qiyabi); dissertasiya mövzusu: “İqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirinin qiymətləndirilməsi və sahənin dayanıqlı inkişaf perspektivləri”