Sərdar Süleyman oğlu Səfərov
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi
Tərcümeyi-hal
Sərdar Süleyman oğlu Səfərov 1973-cü ildə Sumqayıt şəhərində anadan olub. 1996–2005-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xüsusi təyinatlı bölüyün komandiri, xüsusi təyinatlı taborun qərargah rəisi kimi xidmət edib.
2019–2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və rəisi, daha sonra Bakı Şəhər Baş Polis İdarəsi rəisinin xidmət üzrə müavini olub. 2023-cü ildə Xankəndi şəhərinin komendantı olub. Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə təyinatdan əvvəl Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 24 oktyabr tarixli Sərəncamı ilə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib, həmin gün digər Sərəncamla ona general-mayor ali hərbi rütbəsi verilib. “Hərbi xidmətlərə görə”, “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Mənbə: Oxu.az, Qafqazinfo.
Təhsil
- Dövlət Bədən Tərbiyəsi İnstitutu
- Türkiyə Jandarma Zabitlər Məktəbi (1999)
- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası (2020)
Xəbərlərdə
-
Xankəndiyə komendant təyin edilən Sərdar Səfərov kimdir? 16 oktyabr 2023