Əsas məzmuna keç
Kamran Sultan oğlu İmanov

Kamran Sultan oğlu İmanov

İdarə Heyətinin sədri

Əqli Mülkiyyət Agentliyi

Mənbə: copat.gov.az · yoxlanılıb 07.10.2026

Tərcümeyi-hal

Kamran Sultan oğlu İmanov 1946-cı ildə anadan olub.

1969–1977-ci illərdə Azərbaycan Neft-Kimya İnstitutunda baş laborant, aspirant, sektor rəhbəri, baş elmi işçi, baş müəllim və elmi laboratoriya müdiri, 1977–1983-cü illərdə Ali və Orta İxtisas Təhsili Nazirliyinin Elmi-Tədqiqat Hesablama Mərkəzinin direktoru, 1983–1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun prorektoru və birinci prorektoru işləyib. 1992–1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədrinin birinci müavini, 1993–1995-ci illərdə Komissiyanın sədri olub.

1995–2006-cı illərdə Müəllif Hüquqları Agentliyinin sədri, 2006–2008-ci illərdə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi işləyib. 19 noyabr 2008-ci ildə yenidən Müəllif Hüquqları Agentliyinin sədri təyin edilib. 7 may 2018-ci ildə Prezidentin 58 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

2013-cü ildə 3-cü dərəcəli, 2021-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2016-cı ildə “Şöhrət” ordeni ilə təltif edilib. 2024-cü ildə Avrasiya Patent Təşkilatının İnzibati Şurasının, 2025-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Müəllif hüquqları Müqaviləsi Assambleyasının sədri seçilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

1969-cu ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. 1998-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Akademiyasında “Əqli mülkiyyət hüququ” üzrə ixtisas diplomu alıb.