Əsas məzmuna keç
Fuad Rauf oğlu Muradov

Fuad Rauf oğlu Muradov

Komitə sədri

Diasporla İş üzrə Dövlət Komitəsi

Mənbə: diaspor.gov.az · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

Fuad Rauf oğlu Muradov 1979-cu il iyulun 22-də Bakı şəhərində anadan olub. 1986–1996-cı illərdə Bakıdakı 6 saylı orta məktəbdə oxuyub. 2002-ci ildə TEMPUS proqramı çərçivəsində Azərbaycan Dövlət Neft Akademiyasının, Nitsa Universitetinin, Parisdəki Neft və Mühərriklər İnstitutunun və Genuya Universitetinin birgə "Ətraf mühit və neft sənayesi" proqramı üzrə, həmçinin Tufts Universitetinin Fletçer Hüquq və Diplomatiya Məktəbində magistr dərəcəsi alıb. Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunda doktoranturada təhsil alıb və 2010-cu ildə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2004–2012-ci illərdə Gənclər Təşkilatları Milli Şurasının sədri olub. 2005–2015-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü olub. 2005, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib. 2011–2018-ci illərdə Euronest Parlament Assambleyasının enerji təhlükəsizliyi komitəsinin həmsədri, 2012-ci ildə "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının sədri olub.

2018-ci ildən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədridir. 2022-ci ildə "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordenlə təltif olunub.

Səhv görürsünüz? Redaksiyaya yazın

Xəbərlərdə