Tərcümeyi-hal
Şahin Soltan oğlu Bağırov 1965-ci il yanvarın 12-də Bakı şəhərində anadan olub. 1986-cı ildə Voronej Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib. 2003-cü ildə Rusiya Gömrük Akademiyasının "Gömrük işinin təşkili" fakültəsini, 2004-cü ildə isə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi elmi dərəcəsi alıb.
Əmək fəaliyyətinə aqrar-sənaye kompleksi sistemində başlayıb. 1992-ci ildən gömrük orqanlarında müfəttiş vəzifəsində xidmətə başlayıb və gömrük sistemində müxtəlif vəzifələrdə, o cümlədən Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb. BMT-nin Avropa İqtisadi Komissiyasının gömrük-nəqliyyat məsələləri üzrə işçi qrupunun sədr müavini, Malların Beynəlxalq Daşınmasına dair Gömrük Konvensiyası üzrə BMT-nin İnzibati Komitəsinin və Malların Təsvir və Kodlaşdırılmasının Harmonikləşdirilmiş Sistemi haqqında Beynəlxalq Konvensiyanın İnzibati Komitəsinin sədri olub.
2019–2022-ci illərdə Vergilər və İqtisadiyyat nazirlikləri yanında Əmlak Məsələləri Dövlət Xidmətində çalışıb. 2023-cü il fevralın 14-də Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri təyin edilib. Gömrük xidməti general-polkovnikidir.
Təhsil
- 1986 — Voronej Dövlət Universiteti, iqtisadiyyat fakültəsi
- 2003 — Rusiya Gömrük Akademiyası, "Gömrük işinin təşkili" fakültəsi
- 2004 — Rusiya Gömrük Akademiyasının aspiranturası; iqtisad elmləri namizədi
Xəbərlərdə
-
Şahin Bağırova general-polkovnik rütbəsi verildi 29 yanvar 2026
-
Şahin Bağırova yeni müavin təyin olundu 12 mart 2025
-
Prezident Şahin Bağırovla bağlı SƏRƏNCAM İMZALADI 11 yanvar 2025
-
Şahin Bağırovun vətəndaş qəbulunun vaxtı dəyişdirilib 17 oktyabr 2024
-
Şahin Bağırov Daşkəsəndə vətəndaşları qəbul edəcək 14 oktyabr 2024
-
Şahin Bağırovdan daha iki TƏYİNAT 27 iyul 2023