Əsas məzmuna keç
Natiq Telman oğlu Şirinov

Natiq Telman oğlu Şirinov

Dövlət Gömrük Komitəsi sədrinin müavini

Mənbə: customs.gov.az · yoxlanılıb 07.10.2026

Tərcümeyi-hal

1970-ci il avqustun 10-da Biləsuvar rayonunda anadan olub.

1993–1996-cı illərdə Silahlı Qüvvələrdə hərbi xidmətdə olub. 1999–2001-ci illərdə Dövlət Əmlakı Nazirliyində, 2001–2005-ci illərdə İqtisadi İnkişaf Nazirliyində müxtəlif vəzifələrdə, 2006–2011-ci illərdə "Ataholdinq" ASC-də departament direktoru, 2011–2020-ci illərdə Vergilər Nazirliyində baş idarə rəisi, 2020–2022-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin rəisi işləyib.

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2022-ci il tarixli Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib. Gömrük xidməti general-mayorudur. 2015-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə", 2020-ci ildə "Tərəqqi" medalları, 2026-cı ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

1988-ci ildə N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialına daxil olub, 1993-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.