Əsas məzmuna keç
Fuad Elxan oğlu Məmmədov

Fuad Elxan oğlu Məmmədov

Dövlət Gömrük Komitəsi sədrinin müavini

Mənbə: customs.gov.az · yoxlanılıb 07.10.2026

Tərcümeyi-hal

1992-ci ildə Bakı şəhərində anadan olub.

2012–2013-cü illərdə hərbi xidmətdə olub. 2015-ci ildə gömrük orqanlarına qəbul müsabiqəsindən sonra Xaçmaz Gömrük İdarəsinin inspektoru təyin edilib. 2016–2018-ci illərdə Dövlət Gömrük Komitəsinin Akademiyasında müəllim, 2018–2021-ci illərdə Komitə aparatının Gömrük tarifləri və tarif təsnifatının tətbiqi şöbəsinin böyük inspektoru, 2022–2023-cü illərdə həmin şöbənin rəisi, 2023–2024-cü illərdə Gömrük Siyasəti Baş İdarəsinin Ticarət Siyasəti İdarəsinin rəisi işləyib. 2024-cü ildə Komitənin Ümumdünya Gömrük Təşkilatındakı nümayəndəsi (gömrük attaşesi) təyin edilib. 2021-ci ildən Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvolma danışıqlarında Komitəni təmsil edir.

Azərbaycan Respublikası Prezidentinin 12 mart 2025-ci il tarixli Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib. Gömrük xidməti general-mayorudur.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

Bakı Dövlət Universitetində 2008–2012-ci illərdə gömrük işinin təşkili ixtisası üzrə bakalavr, 2013–2015-ci illərdə gömrük işi ixtisası üzrə magistr təhsili alıb. 2017–2020-ci illərdə dünya iqtisadiyyatı ixtisası üzrə doktorantura təhsili alıb.