Əsas məzmuna keç
Bəhruz Faiq oğlu Quliyev

Bəhruz Faiq oğlu Quliyev

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Mənbə: customs.gov.az · yoxlanılıb 07.10.2026

Tərcümeyi-hal

1981-ci il sentyabrın 30-da Tovuz rayonunda anadan olub.

2009-cu ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 2-ci sərnişin şöbəsinin inspektoru, 2011-ci ildən həmin şöbənin baş inspektoru, 2013-cü ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini, 2015-ci ildən rəisin birinci müavini, 2018-ci ildən idarənin rəisi işləyib. 2022-ci il yanvarın 7-dən Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi olub.

Azərbaycan Respublikası Prezidentinin 2 avqust 2022-ci il tarixli Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini, 12 iyul 2023-cü il tarixli Sərəncamı ilə sədrin birinci müavini təyin edilib. Gömrük xidməti general-mayorudur. 2018-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə", 2021-ci ildə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalları ilə təltif olunub.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

2008-ci ildə Milli Aviasiya Akademiyasını avianəqliyyat istehsalatının təşkili ixtisası üzrə, 2015-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini hüquqşünas ixtisası üzrə bitirib. Milli Aviasiya Akademiyasının doktorantıdır.