Əsas məzmuna keç
Güloğlan Babasən oğlu Muradlı

Güloğlan Babasən oğlu Muradlı

Dövlət Gömrük Komitəsi sədrinin müavini

Mənbə: customs.gov.az · yoxlanılıb 07.10.2026

Tərcümeyi-hal

1964-cü il fevralın 20-də Şamaxı rayonunun Dərəkənd kəndində anadan olub.

Əmək fəaliyyətinə müəllim kimi başlayıb, 1983–1985-ci illərdə Sovet Ordusunda hərbi xidmət keçib. 1992-ci ilin yanvar–avqust aylarında Qobustan Rayon İcra Hakimiyyəti başçısı yanında hüquq məsləhətçisi olub.

1992-ci ilin avqustundan gömrük orqanlarında Qaçaqmalçılıqla mübarizə İdarəsinin Təhqiqat şöbəsinin baş inspektoru, 1992–1998-ci illərdə Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsində idarə rəisinin müavini və birinci müavini, 1998–2015-ci illərdə Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin rəisi, 2015–2018-ci illərdə həmin baş idarənin rəis müavini, 2018–2023-cü illərdə Əməliyyat-İstintaq Baş İdarəsinin rəisinin birinci müavini, 2023-cü il dekabrın 22-dən 2025-ci il fevralın 13-dək Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi işləyib.

Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2025-ci il tarixli Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib. 2007-ci ildə gömrük xidməti general-mayoru xüsusi rütbəsi verilib. 2015-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, 2021-ci ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

1983-cü ildə M.Ə.Sabir adına Şamaxı Pedaqoji Məktəbini, 1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini hüquqşünaslıq ixtisası üzrə bitirib.