Əsas məzmuna keç
Anar Adil oğlu Quliyev

Anar Adil oğlu Quliyev

Komitə sədri

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

Mənbə: arxkom.gov.az · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

Anar Adil oğlu Quliyev 1977-ci il oktyabrın 8-də Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Respublikasının Milli Aviasiya Akademiyasının iqtisadiyyat fakültəsini "İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi" ixtisası üzrə bitirib, mühəndis-iqtisadçı ixtisasına yiyələnib.

1999-cu ildə Dövlət Əmlak Komitəsində mütəxəssis, 2000–2001-ci illərdə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində mütəxəssis və aparıcı mütəxəssis işləyib. 2001–2005-ci illərdə İqtisadi İnkişaf Nazirliyində baş mütəxəssis və baş məsləhətçi, 2005–2009-cu illərdə İxracın və İnvestisiyaların Təşviqi Fondunda investisiyaların təşviqi üzrə direktor olub. 2009–2016-cı illərdə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində şöbə müdiri müavini və şöbə müdiri, 2016–2018-ci illərdə Mənzil İnşaatı Dövlət Agentliyində müşavir və aparat rəhbəri vəzifələrində çalışıb.

2018–2019-cu illərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri, 2019-cu il iyunun 19-dan komitə sədrinin birinci müavini olub. 2020-ci il yanvarın 8-də Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Xəbərlərdə