Əsas məzmuna keç

Anar Quliyev: Qarabağda innovativ investisiyalar inkişafı artıracaq

Anar Quliyev: Qarabağda innovativ investisiyalar inkişafı artıracaq

Azad edilən ərazilərdə nano və biotexnologiya tətbiqi gəlirliliyi 40% artıracaq. Komitə sədri bərpa prosesindəki yeni sərmayə imkanlarını və mühüm hədəfləri açıqladı.

en ru

və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri bildirib.

Anar Quliyev qeyd edib ki, sözügedən iqtisadi rayonlar yüksək sənaye və kənd təsərrüfatı potensialına malikdir. Bu istiqamətdə həyata keçirilən mütərəqqi quruculuq işləri və iqtisadi islahatlar uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatının dayanıqlı inkişafına, eləcə də regionlararası balansın daha səmərəli formalaşmasına müsbət təsir göstərəcək.

Komitə sədrinin sözlərinə görə, əsas prioritet istiqamətlərdən biri investisiyaların sahələrə yönləndirilməsidir.

“Bu gün kənd təsərrüfatı və sənaye sahələrində nano və biotexnologiyaların həmin sektorlarda gəlirliliyi 35-40 faizə qədər artıra bilər. Hesab edirəm ki, yaxın dövrdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bu texnologiyaların kənd təsərrüfatı və sənaye sektoruna tətbiqinin şahidi olacağıq”, – deyə Anar Quliyev vurğulayıb.

Anar Quliyev əlavə edib ki, innovativ yanaşmalar regionda rentabelliyin yüksəlməsinə və qabaqlayıcı iqtisadi inkişafın stimullaşdırılmasına şərait yaradacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…