Əsas məzmuna keç

Bu şəxslərə məcburi köçkün statusu veriləcək

Bu şəxslərə məcburi köçkün statusu veriləcək

Rayonun işğalından sonra doğulmuş şəxslər məcburi köçkün statusu ala biləcəklər. Bununla bağlı "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə...

en ru

Rayonun işğalından sonra doğulmuş şəxslər məcburi köçkün statusu ala biləcəklər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı " Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"da dəyişiklik edilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarına əsasən, həmin şəxslər üçün aşağıdakı sənədlər tələb ediləcək.

- vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surəti (əsli ilə birlikdə);

- Anasının şəxsiyyət vəsiqəsinin və haqqında şəhadətnaməsinin surəti (əsli ilə birlikdə);

- Nikahı pozulmuş şəxslərə münasibətdə nikahın pozulması haqqında şəhadətnamə, nikah olmadığı halda atalığın müəyyən edilməsi haqqında şəhadətnamə;

- Atasının şəxsiyyət vəsiqəsinin surəti (əsli ilə birlikdə);

- Atasının "məcburi köçkün" vəsiqəsi və ya məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış;

- 2 ədəd 3x4 ölçüdə rəngli (ağ fonda) fotoşəkil.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…