Əsas məzmuna keç

Ermənistan ordusundakı intiharlar hakimiyyətin diqqət mərkəzindədir – Paşinyan

Ermənistan ordusundakı intiharlar hakimiyyətin diqqət mərkəzindədir – Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətin orduda baş verən intihar halları ilə bağlı yalnız statistika aparmasını qəbul etmədiyini bildirib. O, hər bir hadisənin səbəbinin olmasının belə həmin izahların hakimiyyəti qane etməli olduğu anlamına gəlmədiyini vurğulayıb.

en ru

Ermənistanın baş naziri orduda baş verən intihar halları ilə bağlı hakimiyyətin yalnız statistikanı qeydə alması ilə barışmayacağını bəyan edib.

“Operativ Məlumat Mərkəzi-OMM” "Sputnik Armenia"ya istinadən xəbər verir ki, jurnalistlərə açıqlama verən N.Paşinyan bu məsələ ilə bağlı mövqeyini həmkarlarına çox aydın şəkildə çatdırdığını bildirib.

İstintaq Komitəsinin sədrinin hərbçilər arasında intiharların mümkün səbəblərindən biri kimi təriqətlərin (sektaların) təsirini göstərməsinə münasibət bildirərək, hakimiyyətin kənarda durub prosesləri sadəcə izləməyəcəyini vurğulayıb.

Xatırladaq ki, 2026-cı ilin əvvəlindən Silahlı Qüvvələrində hərbçilərin həlak olması ilə bağlı 17 hal qeydə alınıb. İctimaiyyətdə rezonans doğuran bu hadisələrdən sonra, avqust ayında Silahlı Qüvvələrin mənəvi-psixoloji təminatı idarəsinin rəisi Sercə Stepanyan və Hərbi rəisi Aşot Zakaryan vəzifələrindən azad ediliblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…