Azərbaycan millisinin iki cüdoçusu İtaliyanın paytaxtı Romada keçirilən Avropa Açıq Turnirinin son yarış günündə finala yüksəlib.
48 kq çəki dərəcəsində çıxış edən Şəfəq Həmidova həlledici qarşılaşmada Almaniya təmsilçisi Sara İşt ilə üz-üzə gələcək.
52 kq-da mübarizə aparan Aydan Vəliyeva isə qızıl medal uğrunda meydan sahibi İlariya Finestrone ilə qarşılaşacaq.
Beləliklə, Azərbaycan cüdoçuları turnirdə ən azı iki gümüş medalı təmin ediblər.