Anar Quliyev: "Bakıda insanların mənzil başına 15-20 dəqiqəyə çatması hədəflənir"

Anar Quliyev: "Bakıda insanların mənzil başına 15-20 dəqiqəyə çatması hədəflənir"
16.01.2024 14:03
Aa
dəq

Bakının Baş planında əsas hədəflərdən biri şəhərin istənilən hissəsində yaşayan insanların həm işlədikləri, həm də təhsil aldıqları yerə 15-20 dəqiqəyə çatmasıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı Şəhər İcra Hakimiyyətində keçirilən Bakının Baş planının təqdimatı mərasimində bildirib.

O qeyd edib ki, hazırda bütün dünyada "15 dəqiqəlik şəhər" prinsipi tətbiq edilir: “Bu prinsip o deməkdir ki, şəhərdə bərabər keyfiyyətdə infrastruktur təmin edilsin”.

A.Quliyevin sözlərinə görə, Baş planda mobillik məsələsinə geniş yer ayrılıb: “Baş plan nəqliyyat məsələlərinin həlli, küçə şəbəkəsinin inkişaf etdirilməsi, yeni yolların çəkilməsi, ictimai nəqliyyatın hərəkəti kimi məsələləri əhatə edir. Bakıda bir çox mərkəzi hissələrdə sürətin azaldıması nəzərdə tutulur. Bakı insanyönümlü və insanların rahatlığını təmin edən şəhər olmalıdır”.

Həftənin ən çox oxunanları

AZAL-da yeni təyinat olub

AZAL-da yeni təyinat olub
DAVAMIN OXU davamın oxu

Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb

Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
DAVAMIN OXU davamın oxu

Bakının bir sıra yollarında tıxac müşahidə olunur

Bakının bir sıra yollarında tıxac müşahidə olunur
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacın aradan qaldırılması məqsədilə 7 layihə icra olunacaq

Bakıda tıxacın aradan qaldırılması məqsədilə 7 layihə icra olunacaq
DAVAMIN OXU davamın oxu

Zığ dairəsi-Hava Limanı yolunda endirililən sürət həddi bərpa edilib - YENİLƏNİB

Zığ dairəsi-Hava Limanı yolunda endirililən sürət həddi bərpa edilib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu