Əsas məzmuna keç

Yeni ombudsman onlar ola bilər - ADLAR

Yeni ombudsman onlar ola bilər - ADLAR

Milli Məclisin İnsan hüquqları komitəsində Prezident İlham Əliyevin təqdim etdiyi Səbinə Əliyeva, Ceyhun Qaracayev və Elşanə Vəliyevanın namizədliyi müzakirə olunur.

en ru

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb.

Qeyd edilib ki, Prezidentİlham tərəfindən Səbinə Yaşar qızı, Qaracayev Ceyhun Yasinali oğlu və Vəliyeva Elşanə Rafiq qızının namizədliyi irəli sürülüb.

İclasda namizədlər də iştirak edirlər. Belə ki, xanım namizədlər birbaşa, Ceyhun Qaracayev isə xaricdə olduğundan onlayn qoşulub.

Qeyd edək ki, Səbinə Əliyeva hazırda Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilidir. Ceyhun Qaracayev Konstitusiya Məhkəməsinin hakimidir. Hüquq elmləri doktorudur. Elşanə Vəliyeva isə Azərbaycan Ali Məhkəməsinin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvüdür.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…