Əsas məzmuna keç

Ombudsmanlığa namizəd olan 3 şəxsin DOSYESİ

Ombudsmanlığa namizəd olan 3 şəxsin DOSYESİ

Prezident İlham Əliyev İnsan Hüquqları üzrə Müvəkkil postuna Səbinə Əliyeva, Ceyhun Qaracayev və Elşanə Vəliyevanın namizədliyini parlamentə təqdim edib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə 3 namizədin adı irəli sürülüb: hazırkı ombudsman Səbinə Əliyeva, hüquq elmləri doktoru Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi Elşanə Vəliyeva.

“Operativ Məlumat Mərkəzi-OMM” namizədlərin dosyesini təqdim edir:

1. Səbinə Yaşar qızı Əliyeva

  • Vəzifəsi və fəaliyyəti: Hüquq üzrə fəlsəfə doktoru, 2019-cu ildən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilidir (Ombudsman). Eyni zamanda Asiya Ombudsman Assosiasiyasının vitse-prezidenti və İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının İdarə Heyətinin üzvüdür.
  • Ailəsi: Keçmiş Azərbaycan SSR sənaye tikintisi naziri Qurban Sultanovun nəvəsidir. Milli Məclisin deputatı Siyavuş Novruzovun həyat yoldaşıdır, iki övladı var.
  • Təltifləri: tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" (2013), "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" (2020) və "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalları ilə təltif olunub.

2. Ceyhun Məmməd oğlu Qaracayev

  • Vəzifəsi və fəaliyyəti: 1965-ci il təvəllüdlü hüquq elmləri doktoru, professordur. Əmək fəaliyyətinə 1982-ci ildə Şəhər Məhkəməsində iclas katibi kimi başlayıb. Bakı Dövlət Universitetini bitirdikdən sonra Odessa Dövlət Hüquq Akademiyasında müəllim və dosent işləyib.
  • Karyerası: Aparatında şöbə müdirinin müavini, 2010–2020-ci illərdə Konstitusiya Məhkəməsinin hakimi və 2015–2019-cu illərdə İşgəncələrin qarşısının alınması üzrə Beynəlxalq Komitənin (CPT) üzvü olub.
  • Təltifləri: 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Tərəqqi" medalı, "AXC-nin 100 illiyi" və "Heydər Əliyevin 100 illiyi" yubiley medalları ilə təltif edilib.

3. Elşanə Vəli qızı Vəliyeva

  • Vəzifəsi və fəaliyyəti: 1975-ci il təvəllüdlü Elşanə Vəliyeva Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 2017-ci ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 2023-cü ildən isə Hakimlərin Seçki Komitəsinin üzvüdür.
  • Karyerası: Əmək fəaliyyətinə 1992-ci ildə Ali Arbitraj Məhkəməsində mütəxəssis kimi başlayıb, İqtisad Məhkəməsində baş mütəxəssis və iclas katibi olub. 2007–2010-cu illərdə Nərimanov Rayon Məhkəməsinin, 2010–2017-ci illərdə isə Bakı Apellyasiya Məhkəməsinin hakimi kimi çalışıb.
  • Təltifləri: Prezident İlham Əliyevin 11 fevral 2023-cü il tarixli sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…