Səbinə Yaşar qızı Əliyeva
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Tərcümeyi-hal
Səbinə Yaşar qızı Əliyeva 7 may 1980-ci ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakıdakı 8 saylı tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib.
2000-ci ildən Konstitusiya Məhkəməsində müxtəlif vəzifələrdə, 2015-ci ildən Aparat rəhbərinin müavini vəzifəsində işləyib. Çin, Avstriya, Böyük Britaniya və Yunanıstanda keçirilən simpoziumlarda və digər beynəlxalq konfranslarda iştirak edib, MDB Parlamentlərarası Assambleyasının xüsusi kurslarını bitirib.
29 noyabr 2019-cu ildə Prezidentin irəli sürdüyü üç namizəd arasından Milli Məclis tərəfindən İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) seçilib. 12 sentyabr 2023-cü ildə Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti, 6 oktyabr 2023-cü ildə İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının İdarə Heyətinin üzvü seçilib. 2020-ci ildən Bakı Dövlət Universitetində “İnsan hüquqları” ixtisaslaşması üzrə magistr dissertasiyalarının müdafiəsi üçün ixtisaslaşdırılmış Elmi Şuranın sədridir. “Yüksəliş” müsabiqəsinin mentoru, COP29 Təşkilat Komitəsinin üzvü olub.
2013-cü ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub, 2016-cı ildə 3-cü dərəcəli dövlət müşaviri ixtisas dərəcəsi alıb.
Təhsil
- 1996–2000 — Bakı Dövlət Universiteti, hüquq fakültəsi, bakalavr (fərqlənmə diplomu)
- 2000–2002 — Bakı Dövlət Universiteti, hüquq fakültəsi, dövlət hüququ üzrə magistr (fərqlənmə diplomu)
- 2009–2012 — Prezident yanında Dövlət İdarəçilik Akademiyası, beynəlxalq münasibətlər (əlavə ali təhsil)
- 2016 — hüquq üzrə fəlsəfə doktoru (“Beynəlxalq hüquq; İnsan hüquqları” ixtisası)
Xəbərlərdə
-
Səbinə Əliyevanın maaşı 4 DƏFƏ ARTIRILDI - Yeni MƏBLƏĞ 30 sentyabr 2026