Vüqar Gülməmmədov
Hesablama Palatasının sədri
Tərcümeyi-hal
Vüqar Gülməmmədov 3 aprel 1971-ci ildə Bakı şəhərində anadan olub.
1992-ci ildə Suraxanı maşınqayırma zavodunda tərcüməçi, 1993–1997-ci illərdə Suraxanı rayon Səhiyyə şöbəsində baş mühasibin müavini və baş mühasib işləyib. 1997–2007-ci illərdə Maliyyə Nazirliyinin Suraxanı, Səbail, Binəqədi və Yasamal rayon maliyyə qurumlarında aparıcı iqtisadçı, rəis müavini, şöbə rəisi və sektor müdiri vəzifələrində çalışıb. 2007–2009-cu illərdə Hesablama Palatasının Xarici investisiyalı və infrastruktur layihələrinə nəzarət şöbəsinin, 2009–2013-cü illərdə İnvestisiyalara nəzarət şöbəsinin müdiri olub.
22 noyabr 2013-cü ildə Milli Məclisin qərarı ilə Hesablama Palatasının sədri təyin edilib, 11 dekabr 2020-ci ildə yenidən bu vəzifəyə təyin olunub.
2011-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2021-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Ailəlidir, üç övladı var.
Təhsil
- 1993 — Azərbaycan Dövlət İqtisad İnstitutu, istehsalın iqtisadiyyatı və idarəedilməsi
Xəbərlərdə
-
Vüqar Gülməmmədov Milli Məclisdə hesabat verir 21 aprel 2026