Tərcümeyi-hal
Taleh Tahir oğlu Kazımov 1983-cü ildə Bakı şəhərində doğulub.
Maliyyə sektorunda peşəkar fəaliyyətə 2004-cü ildə başlayıb və 2006-cı ilədək "Bank Standard" QSC-də müxtəlif vəzifələr tutub. 2006–2007-ci illərdə "Ernst & Young" şirkətində auditor, 2007-ci ilin yanvar–aprel aylarında "Fineko Analitika və İnformasiya Agentliyi" ASC-nin baş direktoru olub.
2007-ci ilin iyulunda "PAŞA Bank" ASC-nin Risklərin idarəedilməsi departamentinə menecer kimi keçib, 2009-cu ildən bankın Xəzinədarlıq və pul bazarı departamentinin direktoru olub. 2011-ci ilin dekabrında bankın İdarə Heyətinə üzv seçilib, 2015–2022-ci illərdə İdarə Heyətinin sədri və baş icraçı direktoru vəzifəsində çalışıb.
12 aprel 2022-ci ildə Milli Məclisin qərarı ilə Mərkəzi Bankın İdarə Heyətinin üzvü, Prezidentin 13 aprel 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilib. Ailəlidir, iki övladı var.
Təhsil
- 2004 — Azərbaycan Texniki Universiteti, "Avtomatika və kompüter mühəndisliyi", bakalavr
- 2006 — Azərbaycan Dövlət Neft Akademiyası və ABŞ-ın Corciya Ştat Universitetinin birgə proqramı, maliyyə ixtisası üzrə "Biznesin idarə edilməsi (MBA)", magistr
- 2012 — London Biznes Məktəbi, idarəçilər üçün xüsusi proqram
- 2014 — Harvard Biznes Məktəbi, idarəçilər üçün xüsusi proqram