Əsas məzmuna keç

Taleh Kazımov: "Azərbaycanda bəzi bankların maliyyə göstəriciləri üzrə çağırışlar var"

Taleh Kazımov: "Azərbaycanda bəzi bankların maliyyə göstəriciləri üzrə çağırışlar var"

Azərbaycanda bəzi bankların maliyyə göstəriciləri üzrə çağırışlar var, lakin onlar sistem əhəmiyyətli banklar deyil. Bunu Mərkəzi Bankın sədri Taleh...

Azərbaycanda bəzi bankların maliyyə göstəriciləri üzrə çağırışlar var, lakin onlar əhəmiyyətli banklar deyil.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Mərkəzi Bankın sədri uçot dərəcəsinin parametrlərində dəyişikliklərlə bağlı keçirilən mətbuat konfransında bildirib.

"Hazırda bu banklar ilə işləyirik. Maliyyə sektorunun ümumi vəziyyətini qənaətbəxş hesab edirəm.Sektorun kredit portfelinin keyfiyyəti də qənaətbəxşdir. Qeyri-işlək kreditlərin portfeldə xüsusi çəkisi cəmi 3,7 %-dir. Soruşsanız "maliyyə sektorunun ümumi vəziyyəti sizi tam qane edir?", deyərdim "etmir". İstəyirəm maliyyə sektorunun iştirakçıları risklərin idarə edilməsi və korporativ idarəetmə üzrə qabaqcıl təcrübənin tətbiqini daha da artırsınlar", - T. Kazımov vurğulayıb.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 24.11.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…