“Real Madrid” Çempionlar Liqasının ümumi mərhələsinin 5-ci turunda PSV ilə keçirəcəyi matç üçün start heyətini açıqlayıb.
Noyabrın 24-də Madriddəki “Santyaqo Bernabeu” stadionunda baş tutacaq görüş Moskva vaxtı ilə saat 23:00-da, Bakı vaxtı ilə isə noyabrın 25-də saat 00:00-da başlayacaq.
Joze Mourinyonun rəhbərlik etdiyi məşqçilər korpusunun seçdiyi start heyətində Tibo Kurtua, Mark Kukurelya, Eder Militau, Antonio Rüdiger, Federiko Valverde, Bernardo Silva, Orelyen Tçuameni, Arda Gülər, Vinisius Junior, Diomande və Kilian Mbappe yer alıblar.