“Barselona”nın sabiq futbolçusu və hazırkı idman direktoru Deko həyat yoldaşı Ana Paula Şiavetti ilə Bakıda görüntülənib.
Portuqaliyalı futbol funksioneri həyat yoldaşı ilə paytaxt küçələrində gəzintiyə çıxıb. Cütlük şəhər gəzintisi zamanı birlikdə şəkil çəkdirib.
“Barselona” Çempionlar Liqasının ümumi mərhələsinin beşinci turunda “Sabah”ın qonağı olacaq. Noyabrın 25-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.