“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq komandasının “Sabah”la Çempionlar Liqası oyunundan əvvəl Bakıda keçiriləcək mətbuat konfransında iştirak edəcək.
İspaniya mediasının məlumatına görə, De Yonqla yanaşı, Kataloniya klubunun baş məşqçisi Hansi Flik də jurnalistlərin suallarını cavablandıracaq. Mətbuat konfransı noyabrın 24-də Bakı Olimpiya Stadionunda saat 19:15-də başlayacaq.
“Catalunya Ràdio”nun xəbərinə əsasən, “Barselona” həmin gün Bakı vaxtı ilə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda məşq edəcək.
Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda “Sabah” və “Barselona” noyabrın 25-də Bakı Olimpiya Stadionunda üz-üzə gələcək. Görüş saat 21:45-də başlayacaq.
Kontekst
“Barselona” noyabrın 23-də axşam saatlarında Bakıya gələcək. Bu barədə “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.