Əsas məzmuna keç

Kart ödənişləri üzrə yeni komissiya limitləri təsdiqləndi

Kart ödənişləri üzrə yeni komissiya limitləri təsdiqləndi

AMB sədri Taleh Kazımov supermarket, aptek və yanacaqdoldurma məntəqələrində interçeync tariflərini dəyişdi. İyunun 1-dən qüvvəyə minən yeni şərtlər nədən ibarətdir?

en ru

Mərkəzi Bankı (AMB) ölkə daxilində ödəniş kartları ilə aparılan əməliyyatlar üçün yeni xidmət haqqı tariflərini təsdiqləyib. İdarə Heyətinin qərarı ilə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin (xidmət haqqı tariflərinin) yuxarı həddi müəyyənləşdirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı qərarı AMB-nin sədri imzalayıb. Qərara əsasən, fəaliyyət sahələrini təsnifləşdirən MCC kodları (təsərrüfat subyektinə təyin edilən kod) üzrə interçeyncin yuxarı həddi aşağıdakı kimi tətbiq ediləcək:

  • "Drug Stores and Pharmacies" və "Grocery Stores and Supermarket" kateqoriyalarına aid MCC kodlar üzrə: ödəniş məbləğinin 1,25 %-i;
  • "Petrol" kateqoriyasına aid MCC kodlar üzrə: ödəniş məbləğinin 0,75 %-i;
  • "General" kateqoriyasına aid MCC kodlar üzrə: ödəniş məbləğinin 1,5 %-i.

Digər MCC kodlar üzrə ölkə daxilində aparılan ödənişlərdə isə interçeyncin yuxarı həddi müəyyən edilmir. Yeni qərar bu il iyunun 1-dən etibarən qüvvəyə minir.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 16.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…