Əsas məzmuna keç

AMB: Kart köçürmələri pulsuz olacaq

AMB: Kart köçürmələri pulsuz olacaq

Azərbaycan Mərkəzi Bankı vətəndaşların narahatlığına aydınlıq gətirdi. Köçürmələr zamanı əlavə komissiya tutulacaqmı? Yeniliklə bağlı bütün detallar yazımızda.

en ru

Kartdan karta ödənişlər üzrə Mərkəzi Bankı (AMB) tərəfindən rüsum nəzərdə tutulmur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu AMB-nin İdarə Heyətinin üzvü Vüsal Xəlilov Bakıda keçirilən "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti" çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, kartdan karta ödənişlərlə bağlı Mərkəzi tərəfindən hər hansı rüsum nəzərdə tutulmur: "AMB tarif siyasəti mövcuddur və bu tariflər mütəmadi olaraq nəzərdən keçirilir. Bununla belə, bu xidmətlər bankların öz məhsul və xidmətləri çərçivəsində təqdim olunur və hər hansı bank bu istiqamətdə tarif tətbiq etmək barədə müstəqil qərar qəbul edə bilər".

O bildirib ki, hazırda AMB səviyyəsində bu cür rüsumların tətbiqi ilə bağlı hər hansı təşəbbüs və ya plan mövcud deyil.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 11.11.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…