Tərcümeyi-hal
Vüsal Cahangir oğlu Xəlilov 1987-ci ildə Şəki şəhərində doğulub.
Əmək fəaliyyətinə 2009-cu ildə "ICL" MMC-də texniki mütəxəssis kimi başlayıb, 2010–2011-ci illərdə "İnfosecurity" MMC-də aparıcı veb-proqramçı olub. 2011–2016-cı illərdə "Azercell Telekom" MMC-nin İnformasiya Kommunikasiya Texnologiyaları departamentində kiçik proqramçı, proqramçı və aparıcı proqramçı, 2016–2018-ci illərdə şirkətin Məhsul və Xidmətin Yaradılması bölməsinin rəhbəri işləyib.
2018–2020-ci illərdə "PAŞA Bank" ASC-nin Rəqəmsal Laboratoriya departamentində Rəqəmsal Mühəndislik şöbəsinə rəhbərlik edib, 2021-ci ilin yanvarından 2024-cü ilin mayınadək bankın Texnologiya blokunun baş direktoru olub. 2024-cü ilin may–noyabr aylarında Mərkəzi Bankın baş direktoru vəzifəsində çalışıb.
7 noyabr 2024-cü ildə Milli Məclisin qərarı ilə Mərkəzi Bankın İdarə Heyətinin üzvü, Prezidentin 4 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Mərkəzi Bank sədrinin müavini təyin edilib. Evlidir, üç övladı var.
Təhsil
- 2008 — Bakı Dövlət Universiteti, "İnformatika", bakalavr
- 2011 — Bakı Dövlət Universiteti, "İnformatika", magistr
- 2014 — Oracle, təşkilatın arxitekturası üzrə "OCM" sertifikatı
- 2015–2017 — ADA Universiteti və "Maastricht School of Management"in birgə EMBA proqramı, Beynəlxalq Biznesin İdarəedilməsi, magistr
- 2020 — Kopenhagen Biznes Məktəbi, "Maliyyə Sektorunda Rəqəmsal Transformasiya" kursu, sertifikat
- 2021 — Harvard Business School, "Biznes Analizi, Mühasibatlıq və İdarəedənlər üçün İqtisadiyyat" kursları, sertifikat
- 2024-cü ildən — London Metropolitan Universiteti (Böyük Britaniya), "Tətbiqi Psixologiya", magistratura (davam edir)